USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB (Azərbaycan) müştərilərinə "Mastercard Black Edition" kartını təqdim edib

29.07.2019 Bank
0 0
Bank VTB (Azərbaycan) Villa Petrolea -Nobel qardaşları muzeyində "Mastercard Black Edition" Premium kartının təqdimatını keçirib. Müştərilər üçün təşkil olunan tədbirdə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri və üzvləri, eləcə də bankın tərəfdaşları, iş adamları, tanınmış ictimai xadimlər iştirak edib.

"Kommersant.az" xəbər verir ki, Bank VTB (Azərbaycan)-ın əsas məqsədi – müştərilərə geniş çeşidli və keyfiyyətli xidmət təqdim etməkdir. "Mastercard Black Edition" kartı daha tələbkar və imkanlı müştərilərimizin gözləntilərinə cavab verən kartdır. Biz "Mastercard Black Edition" kartına daha çox imtiyazlar əlavə edərək kart sahiblərinin imkanlarını genişləndirmişik. Əminik ki, qısa zamanda bizim kartımız maliyyə bazarında ən cəlbedici məhsula çevriləcəkdir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

"Mastercard Black Edition" kartı müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət, hava limanlarının Lounge Key biznes-zallarından istifadə, konsyerj-xidmət, eləcə də bütün sığorta növləri üzrə sərfəli şərtlər təklif edir. Bu, multivalyuta kartıdır və müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir.

“Biz kart istifadəçilərimizə qabaqcıl texnologiya üzrə xidmətlər göstərmək üçün daim çalışırıq. Mən, bu gün aktual maliyyə xidmətini bank VTB (Azərbaycan) ilə təqdim etməyə şadam. VTB (Azərbaycan) üçün müasir bank xidmətlərini təqdim etmək əsas prioritetdir. İndi "Mastercard Black Edition" istifadəçiləri Azərbaycan bazarı üçün tamamilə yeni olan Master Traveller Rewards loyallıq proqramından istifadə edə bilər. Müştərilər xarici ölkələrdə müəyyən premiummerçantlarda alış-veriş edərkən CashBack əldə edəcək” – Mastercard ödəniş sisteminin Azərbaycandakı nümayəndəsi Emil Zeynalov qonaqlara Mastercard-ın xüsusi təklif və yeniliklərdən danışarkən bildirib.