USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan) ödəniş kartları üzrə aksiyaya start verib

05.08.2019 Bank
0 0
Bank VTB (Azərbaycan) MastercardBlackEdition kart istifadəçiləri üçün aksiyaya başlayıb. Akisyanın şərtlərinə əsasən, 18 sentyabr 2019-cu il tarixinədək bank VTB (Azərbaycan)-ınBlackEdition kartı vasitəsilə ən azı 500 manat dəyərində aviabilet alan kart istifadəçisi Lounge Key proqramı üzrə istənilən hava limanının biznes-zallarına 2 pulsuz giriş əldə edir.

"Kommersant.az" xəbər verir ki, Lounge Key - dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 1000-dən çox biznes-zallarından istifadə imkanı verən beynəlxalq xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.
Bank VTB (Azərbaycan)-ınMastercardBlackEditionpremium kartı geniş çeşiddə imtiyazlara sahibdir. Bura hava limanlarında özəl xidmət, səyahət edənlər üçün təcili tibbi xərclər, qış idman növləri, reysin gecikməsi və digər xərcləri əhatə edən sığorta proqramı, konsyerj və digər xidmətlər daxildir.

Kart müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir. Belə olan halda konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb.Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində CashBack bonus proqramı nəzərdə tutulub.