USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PAŞA Bank”dan “Bank BTB”yə transfer - TƏYİNAT

06.08.2019 Bank
0 0
Bank “BTB”-da daha bir təyinat olub. Belə ki, Fuad Cəfərov Bank “BTB”-nin Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, məhsulların inkişafı, marketinq komnukasiyaları və müştəri əlaqələrinin idarə olunması şöbələrinə rəhbərlik edəcək, bunu Bankdan "Kommersant.az"-a bildirirlər.

Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. Daha sonra Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən beynəlxalq təhsil məktəbində, Mərkəzi Avropa Universitetində kiçik və orta sahibkarlığın inkişafı, menecment və liderlik proqramı üzrə təhsilini davam etdirib. 2014-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ixtisaslaşmış beynəlxalq sertifikasiya kurslarında təlimlər keçərək strateji marketinq, məhsullarının inkişafı, biznesin inkişafı, strategiyanın hazırlanması və tətbiqi sahələrində bilik və keyfiyyətlərə malikdir.

Maliyyə sahəsində uzun müddət çalışmış F. Cəfərov 2015-cı ildən etibarən “PAŞA Bank”da fəaliyyət göstərib. Belə ki,”İBM”, “Mckinsey & Company” beynəlxalq konsaltinq şirkətlərininin ekspertləri ilə birlikdə PAŞA Bankın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir.

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Üç illik yeni strateji dövr ərzində bank həmçinin yeni məhsul və xidmətlərin yaradılması, marketinq komnukasiyalarının gücləndilməsi, müştəri əlaqələrinin təkmilləşdirilməsi, işçi heyətinin potensialının, kompetensiyalarının, bilik və bacarıqlarının inkişafı kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib.

Bank haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.