USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika ilk dəfə olaraq “Happyforce” platformasını tətbiq etdi

07.08.2019 Bank
0 0
Öz strategiyasında korporativ mədəniyyətin inkişafına böyük əhəmiyyət verən “Bank Respublika” Azərbaycanda ilk dəfə olaraq əməkdaşları arasında dünyaca məşhur “Happyforce” platformasını tətbiq etməyə başlayıb.

Happyforce – əməkdaşların xoşbəxtlik dərəcəsini ölçməyə imkan verən daxili ünsiyyət kanalıdır. Bu platforma vasitəsilə əməkdaşlar əhvalına uyğun səs verə və şərhlərini real vaxtda və anonim şəkildə paylaşa biləcəklər.

Platformanı işçilər arasında tətbiq etməklə Bank, gündən-günə sayı artan əməkdaşları arasında korporativ mədəniyyət və iş mühitinin daha da yaxşılaşdırmağı planlaşdırır.

“Happyforce platformasının yaranmasından bu günə qədər, təxminən 4 il ərzində, dünyanın bir çox ölkələrində müxtəlif sahələr üzrə fəaliyyət göstərənyüzlərlə təşkilatla görüşmüşəm. Təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, uğurunun əsasını dürüstlük, şəffaflıq və açıq ünsiyyət təşkil edən, müştəriləri qədər işçilərinə dəyər verən təşkilatların sayı çox azdır. Bu səbəbdən, belə bir təşkilatlaqarşılaşdıqda sevinc və fərəh hissi keçiririk. Bank Respublikanın bu hərəkata qoşulan, komanda və insanları idarə etmək üçün innovativ və humanist yanaşmaları tətbiq edən həmin təşkilatlardan biri olması ilə fəxr edirik” – deyə Happyforce şirkətinin Baş İcraçı Direktoru Alex Rios bildirib.

“Bank Respublika olaraq müştərilərimiz və tərəfdaşlarımızla yanaşı, əməkdaşlarımızın da məmnuniyyətinin daima qayğısına qalmağa çalışırıq. Happyforce platformasının tətbiqində başlıca məqsədimiz əməkdaşlarımız üçün daha yaxşı iş şəraiti və şərtlərinin məhz onların təşəbbüs və təklifləri əsasında qurulmasıdır. Əməkdaşlarımızı dinləmək, problem və ya çətinliklərinin həlli istiqamətində zəruri addımları atmaq, ideya və təşəbbüslərini dəyərləndirməklə onların xoşbəxtliyini təmin etmək əsas hədəflərimizdən biridir”- deyə, bankın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.