Avro Zonada inflyasiyanın sürətləndiyi açıqlandı - Avro bahalşadı

31.05.2018
Bank
0
0
Avro Zonasında inflyasiya May ayında 1.9%-ə çataraq proqnozun üzərində sürətlənib
Avro Zonasında inflyasiya, bir ildən çox müddətin ən yüksək səviyyəsinə çataraq pul siyasətinin gedişatını müzakirə edən Avropa Mərkəzi Bankı (AMB) rəsmilərinə müjdə olub.
Regionda inflyasiya Mayda 1.9%-ə sürətlənərək AMB-nin hədəfinə paralel reallaşıb. İnflyasiya, Aprel ayında 1.2 faiz səviyyəsində idi.
Baza inflyasiya da 1.1%-ə yüksələrək gözləntilərin üzərində açıqlanıb.
Məlumatın açıqlanmasından sonra Avro 0,4% bahalaşıb. Avro/Dollar məzənnəsi 1.1707 səviyyəsinə qalxıb.