Bank VTB (Azərbaycan) Sizə inanılmaz kampaniyada iştirak etməyə təklif edir!

17.08.2019 Bank
İndi Siz Bank VTB (Azərbaycan)-nın Mastercard ödəniş sisteminin kartı vasitəsilə, 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirməklə kampaniyanın iştirakçısına çevrilirsiniz:

"Kommersant.az" xəbər verir ki, kampaniya müddətində ən çox ödəniş edən bankın üç müştərisi qalib olacaq:

· Bakı-Moskva-Bakı (və ya Bakı-Sankt-Peterburq-Bakı) istiqamətində aviabilet;

· Restoranda iki nəfərlik şam yeməyi;

· Onlayn-hüquqşünas (və ya bankın 125 manatadək olan istənilən xidməti) və ya xidmətinə illik abunəlilik kimi hədiyyələrdən birini qazana bilərsiniz.

Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Kampaniya 18 sentyabr 2019-cu il tarixinədək etibarlıdır. Qalib aksiya başa çatdıqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək.