USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika mikro kreditlər üzrə faiz dərəcəsini endirdi!

19.08.2019 Bank
0 0
Hər bir biznes, bir arzudan başlayır. Daha sonra biznesi böyütmək və yeni məqsədlərə nail olmağı arzusu yaranır. Bu arzularaçatmaq üçün isə, etibarlı tərəfdaş və dəstəyə ehtiyac duyulur.Amma böyük xərclər tələb edən maliyyə dəstəyi bəzən bu arzulara çatmaqda çətinlik yaradır.

"Kommersant.az" xəbər verir ki, öz fəaliyyətində sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, bütün bunları nəzərə alaraq, şəxsi biznes sahibləri üçün “Fərqi hiss et!”adlı fərqli kredit kampaniyasına start verir!

Kampaniya çərçivəsində, Bankmikro və aqro kreditlər üzrə faiz dərəcəsini 11%-dək endirib!

Kreditin maksimal məbləği 50 000 manat təşkil edir. Bundan başqa girov olaraq yeni daşınmaz əmlak təqdim edən müştərilər, krediti 0% komissiya ilə götürmək imkanı əldə edəcək!

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur. Kampaniya 1 noyabr 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, müştərilər WhatsApp Kredit xidmətindən istifadə edərək, banka gəlmədən smartfon vasitəsilə asanlıqla və vaxt itirmədən kredit almaq üçün 0502459 144 nömrəsinə müraciət edə bilərlər. Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə aylıq kredit borclarını və istənilən digər ödənişlərini «AvtoÖdəniş» sisteminə qoşularaq rahat şəraitdə həyata keçirə bilər.

Biznes məqsədlərinizə çatmaq üçün, Bank Respublikanı seçin, fərqi hiss edin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.