USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarımızın xarici borcu azalıb

30.08.2019 Bank
0 0
Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 milyard 471,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu, iyulun 1-i ilə müqayisədə 29,4 milyon manat və yaxud 1,96% azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 milyon manat və yaxud 19,5%, son 1 ildə isə 413,1 milyon manat və yaxud 21,9% azalıb.

Bankların manatla olan depozitləri iyulun 1-i ilə müqayisədə 1,5% artaraq bu il avqustun 1-nə 7 milyard 555,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 7,6%, son 1 ildə isə 27% çoxdur.

Xarici valyutada olan depozitləri isə bir ay ərzində 0,1% artaraq bu il avqustun 1-nə 9 milyard 455,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 0,6%, son 1 ildə isə 0,9% çoxdur.

Bankların məcmu xarici aktivləri iyulun 1-i ilə müqayisədə 2,9% azalaraq 6 milyard 291,9 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 6,5%, son 1 ildə isə 8,5% çoxdur.

Bankların xalis xarici aktivləri 4 milyard 495,9 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 4,7% azdır, amma ilin əvvəlinə nisbətən 14,9%, son 1 ildə isə 16,9% çoxdur.

Report