USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda banklar qiymətli kağızlara investisiyanı artırıb

31.08.2019 Bank
0 0
Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları artıb.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarında banklar qiymətləri kağızlara 4, 023 mln manat investisiya ediblər. Bu da ötən ilin 7 ayı ilə müqayisədə 30.44% çoxdur.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə də bankların qiymətli kağızlara investisiyaları artıb. Belə ki, bu ilin əvvəlində Azərbaycanda banklar qiymətli kağızlara 3,903.8 mln manat invetsisiya etmişdilər.