USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarda yerləşdirilən depozitlərin həcmi 11% artıb

31.08.2019 Bank
0 0
2019-cu ilin avqustun 1-nə banklarda depozitlərin həcmi 19,045 mln manat olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 11% artım deməkdir.

"Kommersant.az" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Bu il avqustun 1-nə Fiziki şəxslərin depozitlərinin həcmi 8,472 mln manat, 2018-ci ilin müvafiq dövründə isə 7,969 mln manat olub. İllik müqayisədə cari ildə depozitlərin həcmi 6,3% artıb.

Hüquqi şəxslərin depoziti isə 10,573 mln manat təşkil edib.