USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasına start verdi

03.09.2019 Bank
0 0
Dövlət bankı Azər Türk Bank “Bu fəsil istədiyini al!” adlı kampaniyaya başlayır.

Kampaniyanın əsas məqsədi, kredit əldə etmək istəyən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

2 sentyabr-29 noyabr tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir. Həmçinin müştərilər kampaniya çərçivəsində 48 ay müddətinə kredit əldə etmək imkanı qazanacaqlar. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 17%-dən başlayır.

Bundan əlavə, Bank göstərilən tarixlər ərzində zaminsiz verilən kreditin məbləğinin 15 000 (on beş min) AZN səviyyəsinədək artırılması barədə qərar vermişdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.