USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmov toyuqlarına görə cərimələndi

11.09.2019 Bank
0 0
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Səba” ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

"Kommersant.az"ın “Report”a istinadən xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərib.

Məhkəmədə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnməsi məsələsinə baxılıb.

Cərimənin məbləği açıqlanmır.

Şabran Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Toyuq, süd və yem məhsulları istehsalı ilə məşğul olan "SƏBA” ASC-nin ticarət nişanına "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, “Qarabağ Toxum” MMC və Azerbrood Damazlıq Fabrikləri, mağazalar şəbəkəsi daxildir.

Qeyd edək ki, mətbuat uzun illərdir "Səba"nı Mərkəzi Bankın sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edir.