USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kredit qoyuluşlarının həcmi 14%-ə yaxın artıb

30.09.2019 Bank
0 0
Azərbaycanda kredit həcmi 14%-ə yaxın artıb.

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 526,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) EkoNews-a verilən məlumata görə, bu göstərici son bir ayda 184,1 mln. dollar və ya 1,4% artıb.

Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 mln. manat və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 620,9 mln. manat və ya 13,6% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.