"Moody's" Türkiyənin kredit reytinqinə yenidən baxır

02.06.2018 Bank
"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən nəzərdən keçirməyə başlayıb.

"Kommersant.Az" xəbər verir ki, agentlik bunu ölkənin yaxın gələcəkdə makroiqtisadi siyasətinə dair qeyri-müəyyənliyin olması ilə izah edib.

Xatırladaq ki, bu il martın 8-də "Moody's" Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirmiş, reytinq üzrə proqnozunu isə "Mənfi"dən "Sabit"ə dəyişmişdi.