USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nikoil Bank" mənfəətini açıqladı - HESABAT

15.10.2019 Bank
0 0
"Nikoil Bank" cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bank bu ilin 3-cü rübünü mənfəətlə başa vurub.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Nikoil Bank"ın cəmi aktivləri 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 39 mln. 837 min manat artaraq 446 mln. 986 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri də 2018-ci ilin eyni dövrü ilə müqayisədə 44 mln. 94 min manat artaraq 381 mln. 958 min manata bərabər olub. Bankın cəmi kapitalı 65 mln. 27 min manat təşkil edib.

DEPOZİT PORTFELİ ARTIB

"Nikoil Bank"ın müştərilərinə verdiyi kreditlər 290 mln. 28 min manat, müştəri depozitləri isə 67 mln. 64 min manat artaraq 280 mln. 725 min manata çatıb. Bu da bankın cəmi öhdəliklərinin artmasına gətirib çıxarıb.

3-CÜ RÜBÜN MƏNFƏƏTİ

Bankın xalis faiz gəlirləri 32 mln. 303 min manat olub. Bundan başqa "Nikoil Bank"ın qeyri-faiz gəlirləri 3 mln. 935 min manat, qeyri-faiz xərcləri isə 12 mln. 267 min manat olub. Bu da bankın 12 mln. 267 min manat xalis əməliyyat mənfəəti əldə etməsinə gətirib çıxarıb.

"Nikoil Bank"ın mənfəəti 1 mln. 620 manat olub. Bankın məcmu kapitalı isə 67 mln. 177 min manat təşkil edib.