USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AG Bank"ın maliyyə vəziyyəti məlum oldu - HESABAT

18.10.2019 Bank
1 0
"AG Bank" 2019-cu ilin yanvar-sentyabr ayları üzrə hesabatını açıqlayıb. Hesabata görə, bank cari ilin 9 ayını 50 mln. 540 min manat məcmu kapitalla başa vurub.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "AG Bank"ın cəmi aktivləri cari ilin 3-cü rübündə 448 mln. 420 min manat təşkil edib. Bundan başqa bankın cəmi öhdəlikləri 398 mln. 617 min manat olub. "AG Bank"ın cəmi kapitalı 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 7 mln. 783 min manat artaraq 49 mln. 800 min manata çatıb.

Bankıb müştərilərinə verdiyi kredit 228 mln. 248 min manat, depozit portfeli isə 211 mln. 874 min manat olub.

Qeyd edək ki, "AG Bank"ın məcmu kapitalı 50 mln. 540 min manata çatıb.