Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb
"Kommersant" xəbər verir ki, qızıl 4,00 dollar və ya 0,31% ucuzlaşaraq 1,295 dollar olub.
Məlumata görə, gümüşün qiyməti də 0,04 dollar və ya 0,25% ucuzlaşaraq 16,40 dollar olub.
Pambığın dünya bazarındakı qiymətində isə bahalaşma müşahidə olunub. Belə ki, pambığın 1 kiloqramının qiyməti 1,10 dollar və ya 1,19% bahalaşaraq 2,05 olub.