Hazırda banklar kredit portfelin artıqmada davam edirlər. Beləki, bankların bir neçəsi lombard kreditlərini bərpa edib.
“Kommersant” –a banklardan verilən rəsmi məlumatlara əsasən Azərbaycanda fəaliyyət göstərən 30 bankdan yalnız 9 bank lombard kreditin bərpa edib.
Lombard krediti nədir?
Lombard krediti qızıl ziynət əşyalarının girov şəklində götürülməsi ilə verilən kreditdir. Bu kredit növünün digər istehlak kreditlərin fərqi ondan ibarətdir ki, bu kredit verilən zaman rəsmi sənədin tələb olunmamasıdır. Belə ki, bank müştəridən iş yerində arayış və ya gəlir haqqında rəsmi sənəd tələb etmir.
Lakin, “Bank of Baku” Lombard krediti verən zaman müştəridən iş yerindən arayış tələb edir.
Lombard kreditinin məbləği təyin edilən zaman LTV (loan to value) əmsalından istifadə edilir. Lombard krediti verilən zaman rəsmi gəlir tələbinin olmamasına baxmayaraq, Maliyyə Bazarına Nəzarət Palatası (MBNP) tərəfindən bu kreditin prosesini tənzimləmək məqsədilə bu əmsalın banklara tətbiq edilməsinin zəruriliyi haqqında qanun qəbul edilib. Bu qərara əsasən LTV əmsalı 70%-dən çox ola bilməz. Belə desək, kredit məbləği, faiz gəlirləri və komissiya haqqı qoyulan qızıl girovun məbləğinin 70%-dən çox ola bilməz.
“Kommersant” Lombard krediti verən bankların siyahısın təqdim edir.