Azərbaycana xaricdən pul köçürmələri azalıb

14.11.2019 Bank
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 793,5 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"da qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır. (Report.Az)