"Fitch" "Azərbaycan Beynəlxalq Bankı"nın dayanıqlılıq reytinqini yüksəldib
Azərbaycan Beynəlxalq Bankından "Kommersant"a verilən məlumata görə, agentliyin şərhində dayanıqlıq reytinqinin yüksəlməsi bankın mənfəətliliyinin artması və açıq valyuta mövqeyinin kapital üzrə təzyiqinin azalması ilə izah edilir. Bundan başqa, öhdəliklərin könüllü restrukturizasiyası nəticəsində Azərbaycan Beynəlxalq Bankının likvidlik mövqeyi güclənib. Sağlamlaşdırma tədbirləri sayəsində bankın aktivləri daha aşağı riskli aktivlərə çevrilib. Bütün bunlar isə bankın dayanıqlıq reytinqinin yüksəlməsinə dəstəkdir.
Fitch-in təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının mənfəətə çıxmasında aşağı faizli maliyyələşmənin, əməliyyat xərclərinin azaldılmasının da böyük rolu var. Hesabatda qeyd edilir ki, 2018-ci ilin 1-ci rübünün yekunlarına əsasən, bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 19,2%-ə, məcmu kapitalının adekvatlıq əmsalı 20,5%-ə yüksəlib. Bankın likvid aktivləri müştəri hesablarındakı vəsaitləri tam əhatə edir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.