Əhalinin banklardakı əmanətləri artıb

02.12.2019 Bank
Bu ilin noyabrın ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 811,1 mln. manat təşkil edib.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 205,8 mln. manat və ya 2,4% artıb.

Cari ilin əvvəlinə nisbətən bu göstərici 435,7 mln. manat və ya 5,2%, son bir ildə isə 671,1 mln. manat və ya 8,24% artıb.