USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan yeni dizaynlı plastik kartlar və pulsuz xidmət

06.12.2019 Bank
0 0
Azər Türk Bank özünə məxsus ödəniş kartlarının istifadədə rahatlığı və təhlükəsizliyi qayğısına qalmaqla yanaşı, həmçinin onların vizual və estetik görünüşünün daha da maraqlı, gözoxşayan olması barədə düşünür. Belə ki, aparılan restaylinq prosesinin növbəti mərhələsi olaraq, Bank tərəfindən özəl və nəfis tərtibatlı yeni plastik kartlar hazırlanmışdır. Bank kartları dizaynında ən son tendensiyaları özündə əks etdiən bu kartlar tezliklə müştərilərin ixtiyarına veriləcəkdir.

"Kommersant.az" xəbər verir ki, həmçinin Bankın yeni prosessinq mərkəzinin imkanları nəzərə alınmaqla ən müasir mobil tətbiqlərdən olan “ATB 360” mobil bankçılıq xidməti üzərində də işlər uğurla davam etdirilir. Bununla əlaqədar olaraq, 6 dekabr tarixindən etibarən kart sahibi olan müştərilər üçün SMS-məlumatlandırma xidməti pulsuz olacaqdır.

Azər Türk Bankın plastik kartlarına sahib olmaq üçün Bankın istənilən xidmət ofisinə gələrək, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn daxil olaraq onlayn sifariş vermək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.