"Restrukturizasiya zamanı müştərilərə 19,9 mln manat ödənilib".
“Kommersant.az” xəbər verir ki, bunu VTB Bank Azərbaycanın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib:
“Restrukturizasiya zamanı müştərilərə 19,9 mln manat ödənilib. Ümumilikdə proses yaxşı getsə də, bəzi müştərilərin banka müraciət etməməsi nəticəsində borcların bir hissəsi ödənilməyib.
Buna görə də düşünürəm ki, restrukturizasiya prosesinin müddəti uzadılmalıdır”.