VTB Bank Azərbaycan dollarlaşmaya qarşıdır

19.12.2019 Bank
"Dollarlaşmanın qarşısını almaq üçün işləyirik, çünki bu bank sektoru üçün risklər yaradır"

“Kommersant.az” xəbər verir ki, bunu VTB Bank Azərbaycanın İdarə heyətinin sədri Yevgeniy Kirin deyib. Bank rəhbəri bildirib ki, "Bank VTB Azərbaycanın depozit portfelinin həcmi bu il 22% artırıb.Hazırda bankda likvidlik yüksək olduğu üçün depozit cəlbi üçün "forsaj tədbirləri" həyata keçirilmir".

Kirin hazırda bankın dollarlaşmanın qarşısını almaq üçün işlədiyini, bunun bank sektoruna risklər yarada biləcəyini əlavə edib.