USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay bəzi banklar kredit faizlərini endirib - ARAŞDIRMA

06.01.2020 Bank
0 0
Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

“Kommersant.az” xəbər verir ki, araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “AFB Bank”da 17%-dən 16%-ə, “Azərbaycan Sənaye Bankı“nda 18%-dən 16%-ə, “Bank Respublika”da 18%-dən 16%-ə, “Bank VTB Azərbaycan”da 24%-dən 18-22%-ə salınıb.

Hesabat ayında “BTB Bank”da lombard kreditləri üzrə faiz dərəcəsi 24,8%-dən 22,8%-ə düşürülüb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bankı“, “Bank Respublika”, “Turanbank” və “Xalq Bank”dadır,

Avtomobil kreditləri – “NBC Bank”

Təmir kreditləri – “Yelo Bank”

Lombard kreditləri – “Amrahbank”

İpoteka kreditləri – “Xalq Bank”

Mikro kreditlər – “Bank Respublika”

Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank”

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

Report