USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

31.01.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə martın 19-da baxacaq.