USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib

05.02.2020 Bank
0 0
05.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 627,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.

Xəbər verdiyimiz kimi, 03.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 598,7 milyon manat təşkil etmişdi.