USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB” xidmət şəbəkəsini kağızsız texnologiyaya keçirir

05.02.2020 Bank
0 0
Bank VTB kağızsız texnologiyaya keçir.

"Kommersant.az" xəbər verir ki, bu haqda bankın özündə məlumat verilib.

Rəqəmsal imza və ya kağızsız texnologiya vasitəsilə müştərilər bütün sənədləri rəqəmsal formatda imzalamaq imkanını əldə edirlər. Yeni texnologiya cari rübdə, Bank VTB-nin 1,5 mindən çox ofisində tətbiq olunmağa başlayacaq. İlin sonuna qədər bu texnologiya ilə həyata keçirilən əməliyyatların payını 40%-a çatdırılması planlaşdırılır.

Hal-hazırda rəqəmsal imza texnologiyası Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində fəaliyyət göstərən 476 ofisdə mövcuddur. Üç ay ərzində rəqəmsal imza texnologiyası vasitəsilə 35 mindən çox sənəd imzalanıb.

Kağızsız texnologiya əsasən kart əməliyyatları, habelə debet və kredit kartlarının verilməsi kimi xidmət sahələrində istifadə olunur. Bank gələcəkdə bu texnologiya çərçivəsində həyata keçirilən əməliyyatların siyahısını genişləndirməyi planlaşdırır.

“Bank VTB kağızsız xidməti işə salan ilk banklardan biridir. Bu layihə müştərilərə lazımi sənədləri onlayn rejimdə, kağız sənədlərin doldurulmasına əlavə vaxt sərf etmədən imzalamağa imkan verir. Bu texnologiya sənədlərin imzalanması prosesini ləğv edir, müştərilərə xidmət vaxtını azaldır və ölkəmizdəki ekoloji vəziyyətin yaxşılaşdırılmasına kömək edir”, – deyə Bank VTB-nin baş vitse-prezidenti bildirib.