USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” komissiyaya YOX dedi

17.02.2020 Bank
1 1
“Günay Bank” yeni - “Dövriyyə çox, komissiya yox” layihəsinə start verib.

“Kommersant.az” xəbər verir ki, “Günay Bank” ASC 12 fevral 2020-ci il tarixindən etibarən Bankın pos-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib.

Artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.

Belə ki, aylıq 1000 (bir min) manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaq.

“Günay Bank” ASC 1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədi.