USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika məktəblilər arasında maliyyə savadlılığı üzrə yarışmaya dəstək olacaq!

21.02.2020 Bank
0 0
Finalı Belçikanın Brüssel şəhərində keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı – Bank Respublika olacaq.

“Kommersant.az” xəbər verir, viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respubliaksının Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.

“Avropa Pul Viktorinası” 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ – ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.

Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində iştirak edə biləcək.

Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Belçikanın Brüssel şəhərində baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.

Daha ətraflı məlumat üçün – [email protected] ünvanına, başlıq hissəsində (subject) “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.