USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manata təzyiq artır, dollar bahalaşa bilər - ŞƏRH

16.03.2020 Bank
0 0
Azərbaycanda son günlərdə dollara tələbin artması müşahidə edilir. Dünya bazarında neftin qiymətinin azalması, koronavirusa görə Azərbaycana gələn turistlərin azalması və s. kimi amillər manatı yenidən təzyiq altına salır.

"Kommersant.az" xəbər verir ki, ölkənin əsas gəliri olan neft sektoru çətin anlar yaşayır. Azərbaycanın əsas qazanc yeri olan neftin dünya bazarında kəskin ucuzlaşması (ilin əvvəlindən 15%) manata birbaşa təhlükə yaradır.

Azərbaycan səhiyyəsinin qonşu ölkələrdəki kimi ölkəyə turist gətirmədiyi, koronovirusa görə Azərbaycana gələn turistlərin sayının azalması, təhsilin inkişafdan qalmasına səbəbindən ölkəyə xarici tələbələrin gəlməməsi, qeyri-neft sektorunun "olmaması", kənd təsərrüfatının xaricə tam açılmadığı zamanda neftin qiymətinin 32 dollaradək azalması Azərbaycanın devalvasiyanın eşiyində olduğunu göstərir. Artıq rəsmi məlumatlara inanmayan əhali banklardakı əmanətlərini dollarla yerləşdirir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019 -cu ilin dekabr ayının 1-nə əhalinin banklardakı xarici valyutada olan əmanətləri 7,1% təşkil etmişdisə, bu rəqəm 2020 -ci ilin yanvar ayının 1 -də 13,9% təşkil edib. Bu isə əhalinin manata olan inamının hələ də bərpa olmadığının göstəricisidir. Onu da qeyd edək ki, manat əmanəti ən yüksək halda 10%-lə qəbul olunursa, dollar əmanəti ən yüksək halda 3%-lə qəbul olunur. Yəni, əhali "çox istəyən azdan da olar" misalını özünə rəhbər tutub.

"OPEC+" ölkələrinin danışıqları uğursuzluqla nəticələndi.

OPEC ölkələrinin təşkilatın rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib. Lakin Rusiya bu təkliflə razılaşmayıb. Çünki neft hasilatı azalacağı təqdirdə Amerika neft hasilatını artıracaq və nəticədə OPEC üzvləri hasilatı artırdıqlarında artıq bazarda Amerikaya məğlub olacaqlar.

Nəticə etibarilə Azərbaycanın yenə də devalvasiyaya düçar olacağı qaçınılmazdır.