USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda banklar bu tarixdə işləməyəcək

19.03.2020 Bank
0 0
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.