USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AGBank”dan 100 min, rəhbərindən 10 min manat - Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək

23.03.2020 Bank
1 1
“AGBank” Azərbaycan dövləti tərəfindən koronavirusun yayılmasına qarşı yönəlmiş və onun ölkə iqtisadiyyatına, əhalinin məşğulluğuna vurduğu mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Bununla bağlı olaraq, “AGBank” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 manat köçürüb.

Bundan başqa, profilaktik tədbirlər çərçivəsində bank, inzibati bina və filiallarında daimi dezinfeksiya işləri aparır və müştərilərinə beynəlxalq tövsiyələrə uyğun olaraq xidmət göstərir.

Sağlamlıqlarının maksimum qorunması üçün “AGBank” müştərilərinə ehtiyac və tələblərinə uyğun olan məsafəli xidmətdən yararlanmağı məsləhət görür.

Onun da qeyd edək ki, "AGBank"ın müşahidə şurası sədri Çingiz Əsədulla isə öz adından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat vəsait köçürüb.