USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” mövcud vəziyyətdə inkişaf tendensiyasını qoruya bilib

27.04.2020 Bank
1 0
“Günay Bank” mövcud vəziyyətdə inkişaf tendensiyasını qoruya bilib.

“Kommersant.az”-ın məlumatına görə, “Günay Bank” ASC-nin təqdim etdiyi hesabatdan görünür ki, keçən ilin müvafiq dövrünə nisbətən bankın mənfəəti 2.8 dəfə, yəni 391 min manata qarşı 1.076 min manat artıb.

İlin əvvəlinə nisbətən nağd pul vəsaitləri 3.316 min artaraq, 25.033 min manatdan 28.349 min manata yüksəlib.

Məcmu kapital isə keçən ilin müvafiq dövrünə nisbətən (62.343.029 manatdan 65.371.043 manata yüksələrək) 3.028 min manat və ya 4.9 % artıb. İlin əvvəlinə nisbətən məcmu kapital 1.293 min və ya 2 % artıb.

Ümumi aktivlərdə 20.468 min və ya 9 % artım görünür. Digər bütün sahələrdə də müsbət tendensiyalar davam edir.

“Gunay Bank” məlum pandemiya ilə mübarizə tədbirlərinə qoşulmaqla yanaşı, öz heyəti ilə vətəndaşların xidmətində dayanır və mümkün qədər fəaliyyətini keyfiyyətlə həyata keçirməyə çalışır.