“Ata Holding”in aktivləri kəskin azalıb

11.06.2018 Bank
“Ata Holding” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 99,921 mln. manat təşkil edib.

"Kommersant" şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,35 dəfə azdır.

Xatırladaq ki, 2017-ci ildə “Atabank” ASC holdinqin tərkibindən çıxıb və “Synergy Group” MMC-nin tərkibinə keçib. Aktivlərdəki kəskin azalma bununla bağlıdır.

Hesabat dövründə “Ata Holding”in cəmi öhdəlikləri 17,5 dəfə azalaraq 23,866 mln. manata düşüb, cəmi kapitalı isə 4,5 dəfə artaraq 76,056 mln. manata çatıb, o cümlədən nizamnamə kapitalı isə 36,2% azalaraq 79,984 mln. manat olub.

2017-ci ildə şirkətlər qrupunun satışdan gəlirləri 23,847 mln. manat (71,4% az), satışının maya dəyəri 4,575 mln. manat (87,65%), xarici valyuta əməliyyatları üzrə zərəri 78 min manat (əvvəlki il gəlir olub), asılı müəssisələrin mənfəətindən gəliri 119,39 mln. manat (əvvəlki il zərər olub), digər əməliyyatlar üzrə ehtiyatlara ayırmaları 8,071 mln. manat, əməliyyat xərcləri 37,249 mln. manat (4% çox), maliyyə gəliri 30,435 mln. manat (22,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 101 min manat (5,2 dəfə az) təşkil edib. Son nəticədə “AtaHolding” ötən ili 123,598 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, holdinq əvvəlki ildən 68,332 mln. manat xalis zərərlə çıxmışdı.