Bakı Fond Birjasında repo əməliyyatlarının gəlirlik faizləri həmçinin pulun hər hansı bir zaman periodunda qiymətindən də xəbər verir. Belə ki, ötən il illik repo faizləri 3% idisə indi 5% dən kapital borca verilirsə, bu pulun daha baha olmasından xəbər verir. Təklif olunan qiymətli kağızların dəyər itirməsi, pulun likvidliyinin bazarda azalması, böhran və.s kimi iqtisadi çətinliklər, bu rəqəmlərə təsir edir.
Son ticarət ili ərzində manatla repo əməliyyatları 3 - 4 % illik gəlirliklə həyata keçirilirdi. 2020-ci ilin mart ayında 4.34% - ə qalxan qiymət aprel ayının ilk ticarət həftəsində 31% artaraq 5.70% (aprel ayı üçün maksimum faiz - 7.50% təşkil edib) təklif olunur. Bu isə, bazarda likvidliklə bağlı problemlərdən irəli gəlir