USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika və IFC arasında olan əməkdaşlıq genişlənir

21.05.2020 Bank
0 0
Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək verən Bank Respublika, aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalamışdır. Saziş çərçivəsində, Bank kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni “CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.

Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcəkdir.

Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində çalışan şəxslər, Bank Respublikanın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.