USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklara qoyulan əmanətlər 300 milyon manat azalıb - RƏSMİ

01.06.2020 Bank
0 0
“Bu ilin əvvəlindən əhalinin banklara qoyulan əmanətləri 3,7 faiz - 300 milyon manat azalıb. Təbii ki, bu da gözləniləndir. Çünki pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir”.

"Kommersant.az"ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, may ayında banklara əmanətlərin qoyulmasında 0,3 faiz - 51 milyon manatr artım müşahidə edilir.

“Bank sektorunda 9,7 milyard manatdan çox likvidlik var. Bank bu aktivlərin 29 faizini təşkil edir”, - deyə baş bankir əlavə edib.

E.Rüstəmov vurğulayıb ki, 21 may tarixinə banklara 1,4 milyard manat məbləğində kreditlərin restrukturizasiyası üçün 57 minə yaxın müraciət edilib:

“Bunun 94 faizi biznes, üç faizi istehlak, üç faizi isə ipoteka kreditləri ilə bağlıdır”.