Azərbaycanda POS-terminalların sayı may ayı ərzində 1 641 vahid və ya 2,9% azalaraq iyun ayının 1-nə 55 027 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, POS-terminalların 35 952 ədədi və ya 65,3%-i Bakıda, 19 075 ədədi və ya 34,7%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların (ATM) sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı may ayı ərzində 82 ədəd və ya 3,1% azalıb.
Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə bankomatların sayında 93 ədəd, POS-terminallar üzrə isə 12 441 ədəd azalma olub.