USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank sədri: Bu məsələ çox ciddi şəkildə diqqətdə və nəzarətdədir

16.07.2020 Bank
0 0
Bu məsələ çox ciddi şəkildə diqqətdə və nəzarətdədir. Ortaya çıxan məslələləri hökümətin də aktiv dəstəyi ilə problemləri həll edirik.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

O ölkədəki maliyyə sabitliyinə və bankların bağlanmsaı ilə bağlı mövcud vəziyyət barədə məlumat verərək bildirib ki, ölkədə maliyyə sabitliyinin qorunması istiqaməyində biz radikal addım atdıq 4 bankın bir sığorta şirkətinin lisenziyaları geriyə çağrıldı. Bütövlükdə operativ olaraq bir ayın içərisində aprelin sonunda mayın ayının ortalarında addımlar atıldı.

AMB sədri eyni zamanda bağlanan bankların əmantlərin qaytarılmasına da toxunaraq qeyd edib ki, operativ olaq problemləri həll etdik iyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlanıldı.Hazırda hər 4 bank üzrə əmanətlər "Kapital Bank" və "Beynəlxalq Bank" vasitəsilə qaytarılır. Bu günkü tarixə artıq 13500 nəfərə 245 milyon manatdan çox vəsait əmanətçilərə geri qaytarılmışdır.

E.Rüstəmov bu sahədə olan vəziyyətlə bağlı "Bu məsələ çox ciddi şəkildə diqqətdə və nəzarətdədir. Ortaya çıxan məslələləri hökümətin də aktiv dəstəyi ilə problemləri həll edirik-deyə qeyd edib.