USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən Türkiyəyə konteyner qatarları daha tez çatacaq - VİDEO

16.07.2020 İqtisadiyyat
0 0
Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb.

"ADY Express"dən verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb.

Belə ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından üç gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.

Müxtəlif yüklərin daşındığı qırx futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru "ADY Konteyner" şirkəti olan "Beket-Ata" fider gəmisi ilə çatdırılıb. Daha sonra konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb.

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 18 saata (normativ 24 saat), yəni 6 saat tez qət edib. Konteynerlərin Axalkalakidə aşırılmasına 11 saat (normativ 24 saat), Qarsda aşırılmasına isə 4 saat (normativ 24 saat) vaxt sərf edilib. Konteyner qatarı Qarsdan İstanbula 53 saata çatdırılıb. Bu isə normativdən 43 saat tez deməkdir.

  • Əvvəlki

    Mərkəzi Bank sədri: Bu məsələ çox ciddi şəkildə diqqətdə və nəzarətdədir

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0
26.04.2024 İqtisadiyyat
JPMorgan Türkiyə istiqrazlarına təsiri
0 0