"Premium Bank"ın əksər göstəriciləri - AZALIB

26.07.2020 Bank
"Premium Bank" cari ilin ikinci rübünə olan maliyyə hesabatını təqdim edib.

"Kommersant.az" xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin ikinci rübü ilə müqayisədə 22 mln. 50 min manat artaraq cari ilin ilk altı ayında 670 mln. 810 min manat olub. Bankın bankın cəmi öhdəlikləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 mln. 481 min manat azalaraq 485 mln. 118 min manat olub. Bankın cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 60 mln. 71 min manat artaraq 185 mln. 692 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ AZALIB

"Premium Bank"ın müştərilərinə verdiyi kreditlərin məbləği ötən ilin ikinci rübü ilə müqayisədə 266 min manat azalaraq 564 mln. 12 min manata düşüb. Bundan başqa bankın depozit portfeli də əriyib. Belə ki, bankın depozit portfeli ötən ilin 6 ayı ilə müqayisədə 40 mln. 82 min manat azalaraq 432 mln. 66 min manata enib.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT AZALIB

Bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 mln. 904 min manat azalaraq 17 mln. 609 min manata, faiz xərcləri isə 239 min manat azalaraq 9 mln. 99 min manata düşüb. Bankın xalis faiz gəliri 3 mln. 658 min manat azalaraq 8 mln. 510 min manata, qeyri-faiz gəlirləri 2 mln. 488 min manat azalaraq 7 mln. 589 min manata, qeyri-faiz xərci isə 1mln. 555 min manat azalaraq 13 mln. 603 min manata enib. Nəticədə bankın əməliyyat mənfəəti 2019-cu ilin illk yarısı ilə müqayisədə 4 mln. 591 min manat azalaraq 2 mln. 496 min manata bərabər olub.

"Premium Bank"ın xalis mənfəəti 253 min manat azalaraq 7 mln. 600 min manata düşüb.

Bankın məcmu kapitalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 57 mln. 270 min manat artaraq 178 mln. 156 min manata yüksəlib.

Premium Bank

2020 (II rüb)

2019 (II rüb)

Artım - Azalma

Cəmi Aktivləri

670.810

648.760

+ 22.050

Cəmi Öhdəlik

485.118

523.599

- 38.481

Cəmi Kapital

185.692

125.621

+ 60.071

Kredit

564.012

564.278

- 266

Depozit

432.066

472.149

- 40.082

Faiz Gəliri

17.609

21.513

- 3.904

Faiz Xərci

9.099

9.338

- 239

Xalis Faiz Gəliri

8.510

12.168

- 3.658

Qeyri-Faiz Gəliri

7.589

10.077

- 2.488

Qeyr-Faiz Xərci

13.603

15.158

- 1.555

Əməliyyat Mənfəəti

2.496

7.087

- 4.591

Xalis Mənfəət

7.600

7.853

- 253

Məcmu kapital

178.156

120.886

+ 57.270