USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Melli İran" Bakı filialı ikinci rübə olan vəziyyətini açıqlayıb - HESABAT

26.07.2020 Bank
0 0
"Bank Melli İran" Bakı filialı 2020-ci ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, bank cari ilin ilk yarısını 460 mln. manatlıq mənfəətlə başa vurub.

Bankın cəmi aktivləri 83 mln. 981 min manat, cəmi öhdəlikləri 46 mln. 925 min manat, cəmi kapitalı isə 37 mln. 55 min manat təşkil edib. Bundan başqa bankın kredit portfeli 4 mln. 911 min manat, depozit məbləği isə 10 mln. 766 min manat olub.

"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 460 mln. 550 min manata bərabər olub.