"Bank of Baku"nun maliyyə vəziyyəti bəlli oldu - HESABAT

28.07.2020 Bank
"Bank of Baku" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Bank of Baku" cari ilin ilk altı ayını 5 mln. 405 min manatlıq xalis mənfəətlə başa vurub.

Bankın cəmi aktivləri ötən ilin hesabat rübü ilə müqayisədə 87 mln. 977 min manat artaraq 379 mln. 214 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin analoji dövrü ilə müqayisədə 90 mln. 149 min manat artaraq 309 mln. 651 min manat olub. Bundan başqa bankın cəmi kapitalı 2019-cu ilin ilk yarısı ilə müqayisədə 4 mln. 172 min manat azalaraq 69 mln. 563 min manata düşüb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Bank of Baku"nun müştərilərinə verdiyi kredit ötən illə müqayisədə 177 mln. 248 min manat artaraq 349 mln. 405 min manata çatıb. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. Bankın depozit portfeli isə 43 mln. 150 min manat artaraq 173 mln. 466 min manata çatıb ki, bu, bankın cəmi öhdəliklərinin artmasına səbəb olub.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT

"Bank of Baku"nun faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 16 mln. 383 min manat artaraq 26 mln. 739 min manata çatıb. Bankın faiz xərci iə 707 min manat artaraq 6 mln. 295 min manata yüksəlib. Nəticədə "Bank of Baku"nun xalis faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 15 mln. 676 min manat artaraq 20 mln. 443 min manat olub.

Bankın qeyri-faiz gəlirləri 3 mln. 198 min manat artaraq 5 mln. 489 min manata,qeyri-faiz xərcləri isə 10 mln. 895 min manat artaraq 18 mln. 521 min manata çatıb. Nəticədə Bankın əməliyyat mənfəəti 7 mln. 411 min manat olub ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 7mln. 979 min manat çoxdur.

"Bank of Baku"nun xalis məənfəəti 34 mln. 634 min manat azalaraq 5 mln. 405 min manata enib. Bankın məcmu kapitalı isə 22 mln. 605 min manat artaraq 79 mln. 85 min manata çatıb.

Bank of Baku

2020 (II rüb)

2019 (II rüb)

Fərq

Cəmi Aktivləri

379.214

291.237

+ 87.977

Cəmi Öhdəlik

309.651

219.502

+ 90.149

Cəmi Kapital

69.563

73.735

(- 4.172)

Kredit

349.405

172.157

+ 177.248

Depozit

173.466

130.316

+ 43.150

Faiz Gəliri

26.739

10.356

+ 16.383

Faiz Xərci

6.295

5.588

+ 707

Xalis Faiz Gəliri (zərəri)

20.443

4.767

+ 15.676

Qeyri-Faiz Gəliri

5.489

2.291

+ 3.198

Qeyr-Faiz Xərci

18.521

7.626

+ 10.895

Əməliyyat Mənfəəti (zərəri)

7.411

(- 568)

+ 7.979

Xalis Mənfəət

5.405

40.039

(- 34.634)

Məcmu kapital

79.085

56.480

+ 22.605