USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB sədri Mario Draghi açıqlamalar verdi

14.06.2018 Bank
0 0
Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi, bankın İyun ayı iclasının ardından açıqlamalar verdi.

Draghi, inflyasiya məsələsində mühüm irəliləyiş gördüyünü bildirib.

Son dövrdəki ləngimənin qeyri-müəyyənliklə birləşdiyini qeyd edən AMB sədri, son sorğu nəticələrinin daha zəif olduğunu bildirib. Buna qarşı göstəricilərin güclü və geniş miqyaslı iqtisadi artmala uyğun olaraq qaldığını bildirib.

Draghi, iqtisadiyyatdakı "mülayimləşmənin" müvəqqəti amillərdən qaynaqlandığını qeyd edib.

-İstehlakçı xərcləri məşğulluq artımı və rifahın artıması ilə dəstəklənir.

-Maliyyə şərtləri investorlara dəstək oldu; Tələb güclüdür.

-Avro Bölgəsinin ixracı üçün geniş miqyaslı qlobal iqtisadi inkişaf var .

AMB, 2018-ci il üzrə Avro Bölgəsi iqtisadi artım proqnozunu aşağı salıb.

Avropa Mərkəzi Bankı Avro Bölgəsinin 2018-ci ilə dair iqtisadi artım proqnozunu 2.4%-dən 2.1%-ə endirib.

Bank, 2019-cu il üçün iqtisadi artım proqnozunu isə 1.9%-də saxlayıb.