"Expressbank"da daha bir problem - FOTO / VİDEO

06.08.2020 Bank
"Expressbank" müştərilərinə sıxıntı yaratmaqda davam edir.

"Kommersant.az" xəbər verir ki, "Expressbank"a məxsus "ExpressPay" ödəmə terminalının funksiyalarında pozğunluq yaranıb. Belə ki, terminal vasitəsilə ödənişini həyata keçirən müştəri aparatdan ödənişin təsdiqi barədə çek xaricində "hər şey" çıxdığını bildirir.

Müştəri yaranan problemə görə müvafiq şirkətə ödəniş etməsi ilə bağlı çek təqdim edə bilmədiyini və ödədiyi məbləğin boşa getdiyini söyləyib.

Qeyd edək ki, məsələ ilə bağlı bankdan açıqlama almaq üçün müraciət etsək də, telefonlarımız cavabsız qaldı.