USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarımız Feysbukda - SİYAHI

13.08.2020 Bank
0 0
Sosial şəbəkələrin həyatımızdakı əsaslı rolu danılmazdır.

"Kommersant.az" xəbər verir ki, bankın marketinq şöbəsinin əsas vəzifələrindən biri bankdakı dəyişiklikləri, xəbərləri, KSM layihələrini və yeni kampaniyaları müştərilərə birbaşa çatdırmaqdır. Bəli. Bankların marketinq şöbəsi (departamenti) layihələri icra etməklə yanaşı onları ictimaiyyətə tanıtmaqla mükəlləfdir.

Buna görə də banklarımızın sosial sferadakı aktivliyini müəyyənləşdirmək üçün araşdırma apardıq. Aşağıdakı siyahıda ən yüksək Feysbuk izləyicisinə sahib olan bank "Kapital Bank"dır. Sözügedən bank sosial şəbəkədə hətta dövlət bankını da ötə bilib. Bu isə Günel Fərzəliyeva və komandasının uğurudur.

Ən az izləyiciyə isə "Ziraat Bank Azərbaycan" sahibdir. Baxmayaraq ki, qardaş ölkənin bankı Tükiyədə 6 milyona yaxın Feysbuk izləyicisi toplaya bilib. İzləyicilərin isə hər birinin bank üçün potensial müştəri olduğunu unutmayaq.

Qeyd edək ki, sözügedən bank ölkəmizdə 6 ildir fəaliyyət göstərir və 4 filialı var. Bu müddət ərzində marketinq bankın Feysbuk səhifəsini yüksəldə bilməyib. Yəqin buna görədir ki, bank illərdir KSM layihəsi həyata keçirməyib, keçiribsə də, göstərə bilməyib. Məsələn, "Bank Respublika"nın keçirdiyi ən son KSM layihəsi ölkədə böyük rəğbətlə qarşılandı. Xüsusilə son aylar bölgələrimizdə baş verən su probleminin həlli istiqamətində sözügedən bankın departament müdiri Əli Daşdəmirov və Marketinq şöbəsinin müdiri Çingiz Əsədov və komandası ortaya böyük iş qoydu.

Nəzərə alsaq ki, insanlar sosial şəbəkələrdə tanış olur, dost olur,alış-veriş edir, iş, hətta eşq tapır o zaman birbaşa auditoriyaya yönələn banklar üçün şəbəkələrdə aktivliyi qorumaq şərt olmalıdır. Banklar arasında Feysbuk hesabı "Mark Zuckerberq" tərəfindən təsdiqlənən "Access Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Bank VTB (Azərbaycan)", "Rabitə Bank"ı da, 5 min passiv izləyici ilə kifayətlənən "Ziraat Bank"ı da gördük.

Hazırladığımız siyahını sizə təqdim edirik:

Bankın adı

İzləyici Sayı

Access Bank

129.376

AFB Bank

15.977

Azərbaycan Beynəlxalq Bankı

160.000

Azərbaycan Sənaye Bankı

57.808

Azər Türk Bank

148.000

Bank Avrasiya

-

Bank of Baku

373.969

Bank BTB

27.639

Bank Respublika

133.732

Bank VTB (Azərbaycan)

32.113

Express Bank

105.321

Günay Bank

23.067

Xalq Bank

-

Kapital Bank

510.583

Melli İran Bankı (Bakı filialı)

-

Muğan Bank

7.780

Naxçıvan Bank

8.419

Pakistan Milli Bankı (Bakı)

-

Paşa Bank

11.246

Premium Bank

118.708

Rabitə Bank

37.110

Turan Bank

46.855

Uni Bank

354.185

Yapı Kredi Bank (Azərbaycan)

57.227

Yelo Bank

43.674

Ziraat Bank (Azərbaycan)

5.500