USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan debet kart sahiblərinə sərfəli təkliflər

17.08.2020 Bank
0 0
Dövlət bankı Azər Türk Bank debet kart sahibi olan müştəriləri üçün yeni sərfəli şərtlər təklif edir.

Belə ki, Bank milli valyutada olan debet kartların qalığına illik 3% dərəcəsində faizin gündəlik olaraq hesablanması və har ay muştərinin həmin kartına odənilməsi barədə qərar vermişdir.

Bundan əlavə, Bankın ATM va POS terminalları vasitəsilə Azər Türk Banka məxsus debet kartlardan nağdlaşdırma zamanı heç bir komissiya tutulmayacaqdır.

Eləcə də, Bankın debet kart sahibləri ölkə ərazisindəki digər bankların ATM və POS terminalları vasitəsilə 500 manatadək vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malik olacaqlar.

Azər Türk Bankın debet kartlarını əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək, yaxud bankın veb-səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.