Silahlı Qüvvələrə DostBank mobil tətbiqi ilə dəstək olun!

06.10.2020 Bank
Bank of Baku Vətəninin bütövlüyü uğrunda rəşadətlə döyüşən qəhrəman ordumuzun yanında olmaq istəyən şəxslər üçün Silahlı Qüvvələrə Yardım Fonduna dəstək imkanı yaradıb.

Belə ki, bankın müştəriləri DostBank mobil tətbiqinə daxil olaraq istər debet və ya kredit kartı, istərsə də topladığı BONUS-ları ilə fonda öz yardımlarını edə bilərlər.

DostBank mobil tətbiqi müştərilərə 24/7 rejimində və tamamilə təhlükəsiz şəraitdə bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir:

Eyni zamanda, müştərilər Bank of Baku-nun İnternet Bankçılıq - //www.e-bankofbaku.com/ xidmətindən istifadə etməklə də, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək ola bilərlər.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd, Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.

Bank of Baku-nun digər məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi veb səhifəsinə - //www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi