USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB Azərbaycan” mənfəət açıqladı

30.10.2020 Bank
0 0
“Bank VTB Azərbaycan” 2020-ci ilin yanvar-sentyabr aylarını 2 milyon 585 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrünu isə bank 6 milyon 363 min manat xalis mənfəətlə bağlamışdı.

"Kommersant.az" xəbər verir ki, “Bank VTB Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 8 milyon 775 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 14 milyon 350 min manat təşkil edib.

FAİZ GƏLİRLƏRİ ARTIB

Bu ilin 9 ayı ərzində “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 6 milyon 955 min manat (illik müqayisədə 12% çox), qeyri-faiz gəlirləri 1 milyon 820 min manat, faiz xərcləri 2 milyon 188 min manat, qeyri-faiz xərcləri 12 milyon 162 min manat (8% çox) olub.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.